Defektoskopçu – Hacıqabul rayonu

Əmək şəraiti: Ofisxarici İş vaxtının norması 08:00-17:00 / 5 günlük iş həftəsi Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: – Minimum təhsil dərəcəsi Orta təhsil
Sahə üzrə stajı: 6 ay
Tələb olunan biliklər: Maqnit, elktromaqnit və ultrasəs rels defektoskopların quruluş və təyinatı; Relslərin deffekt dərəcəsi və onların qatarların hərəkət təhlükəsizliyinə təsiri; Relslərin norma iş şərtləri; Yolun üst qatının quruluşu; Elektrotexnikanın əsasları, çilingər işləri; Defektoskopların saxlanma və istismar qaydaları və arabanın işi zamanı düzgün göstəriciləri pozan nasazlıqların qarşısının alınması və aradan qaldırılması qaydaları; Defektoskopların və onların axtarıcı qurğularının, telefon və digər aparatların deffektli relslərində (etalonlarda) sazlama və tənzimləmə qaydaları, qidalanma batareyalarının quruluşu və onlara qulluq edilməsi qaydaları; Yükqaldırıcı telferlə işləyən zaman avtoqoşqunun gövdəsinin bənd edilmə qaydaları.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri –
Komputer bilikləri: – Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Avtoqoşquların boyun hissələrinə maqnit, cərəyanburaxma metodları ilə nəzarətin aparılması; Elektromaqnit defektoskoplarının qoşulması və sazlanması; Avtoqoşquların metal tozu ilə defektoskopdan keçirilməsi; Uçot jurnalının qeydiyyatının aparılması; Defektoskop arabası ilə relslərdə gizli deffektlərin aşkara çıxarılma prosesinin aparılması, aşkar edilən zədələrin təhlili və dərəcəsinin təyini, onların qeydiyyatı, labüd hallarda qatarın hərəkət təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin görülməsi; Rels defektoskop arabalarının istismar qaydalarına əməl etməklə saz vəziyyətdə saxlanılması və xidmət edilməsi.
Ünvan: Hacıqabul rayonu, H.Həmidov küçəsi 25

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp