Dartı yarımstansiya rəisi – Qəbələ rayonu

Əmək şəraiti: Ofisdaxili və ofisxarici İş vaxtının norması 08:00-17:00 / 5 günlük iş həftəsi Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: Energetika mühəndisliyi Elektrik təsərrüfatı Elektrik montyoru Minimum təhsil dərəcəsi Orta ixtisas təhsili Sahə üzrə iş təcrübəsi 3 il
Tələb olunan biliklər: Yarımstansiyanın, avtobloklamanın, əlaqəli yarımstansiyaların və digər istehlakçıların enerji təchizatı şərtləri və sxemi; Yarımstansiyanın quruluşu, birxətli və montaj sxemi, idarəetmə sxemi və avadanlıqların müdafiə olunması; Elektrikləşdirilmiş dəmir yolunda dartı yarımstansiyasının istismarı zamanı istehsalat sanitariyası və texniki təhlükəsizlik qaydaları, yarımstansiyanın saxlanma qaydaları; Dartı yarımstansiyasının və seksiyalaşmış məntəqələrin quruluşu, texniki xarakteristikası və onlara qulluq etmə təlimatları; Operativ heyətin işinə və avadanlıqlara aid olan yerli, xüsusi təlimatlar və qaydalar; Dəmir yolunun texniki istismar qaydaları, siqnalizasiya təlimatı, qatarların hərəkət təlimatı, əmək qanunvericiliyinin əsasları; Dartı yarımstansiyasının istismarına aid əmrlər, sərəncamlar və digər sənədlər; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə qaydaları.
Fərdi keyfiyyət göstəriciləri: Problem həlletmə Keyfiyyət yönümlülük Qərar qəbuletmə Nəticəyə istiqamətləndirmə Hədəfi müəyyənləşdirmə Komanda işini təşviq etmə Digər tələb və üstünlük göstəriciləri –
Komputer bilikləri: – Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Dartı yarımstansiyasında texniki, təsərrüfat işlərinə və işçi personala rəhbərlik edir; Elektrik avadanlıqlarının təmirini, cari işlərin planlaşdırılmasını və vaxtında aparılmasını təşkil edir; Elektrik avadanlıqlarında aparılan təmir, sınaq, rele mühafizəsinin yoxlanılmasına nəzarət edir; İş yerində işçilərin istehsalat, əmək intizamlarının, əməyin mühafizəsinin və sanitariya normalarının yerinə yetirilməsinə nəzarət edir; İşçilərə texniki məşğələdə texniki istismar, təhlükəsizlik texnikası qaydalarını və vəzifə təlimatlarını öyrədir; Əməyin mühafizəsi günləri keçirir, işçilərə texniki dərslərin keçirilməsini, vaxtaşırı onların əməyin təhlükəsizliyi üzrə bilik səviyyələrinin yoxlanılmasını təşkil edir; Dartı yarımstansiyanın təyin olunan aylıq hesabatlarını aparır; Mühafizə vasitələrinin işlək vəziyyətdə olmasını və onların vaxtlı-vaxtında sınaqdan keçirilməsini təmin edir; Dartı yarımstansiyasının materiallarla, ehtiyat hissələri ilə təminatını təşkil edir və istifadəsinə nəzarət edir; Nasazlıqların, çatışmazlıqların aradan qaldırılmasını təşkil edir, texnologiyanın yeniləşməsinə yönəlmiş tədbirləri görür; Növbətçi elektrik mexanikləri məzuniyyətdə olduqda və digər zəruri hallarda onları əvəz edir; Tabeçiliyində olan işçilərin və dartı yarımstansiyasına ezam olunmuş digər işçilərin təhlükəsizliyinin təmin olunmasına cavabdehlik daşıyır.
Ünvan: Qəbələ rayonu, Hacıalılı kəndi

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp