Böyük elektrik mexaniki – Yevlax şəhəri

Əmək şəraiti: Ofisdaxili və ofisxarici İş vaxtının norması 08:00-17:00 / 5 günlük iş həftəsi Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: – Minimum təhsil dərəcəsi Orta təhsil Sahə üzrə iş təcrübəsi 3 il
Tələb olunan biliklər: Elektrotexnikanın əsas qanunları üzrə biliklər; Elektrik mühərriklərinin, transformatorların işləmə prinsipi və onların xarakteristikaları üzrə biliklər; Nəzarət-ölçü cihazlarının təyinatı və tətbiqi şərtləri üzrə biliklər; İzolə materiallarının təyinatı haqqında ümumi məlumatlar və onların dielektrik xassələri üzrə biliklər; Elektrotexnika maşınları və cihazlarının izoləedici elementlərinə qoyulan texniki tələblər və bu tələbləri təmin edən texnoloji proseslər üzrə biliklər; Elektrik qurğuları və avadanlıqlarının əsaslı və cari təmiri işləri üzrə biliklər; Təhlükəsizlik qaydaları üzrə biliklər.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri –
Komputer bilikləri: – Dil bilikləri Rus-yaxşı Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Hər növ elektrik avadanlıqlarının düzgün istismarına nəzarət etmək; İşarəvermə və rabitə üzrə elektrik xətlərinin fasiləsiz işləməsinin təmin edilməsini təşkil etmək; Cari əsaslı təmir zamanı iş rəhbəri kimi nəzarət etmək və ehtiyac olduqda işin icrasında iştirak etmək; Materialların saxlanılması, mühafizəsi və alətlərin istifadəsinə nəzarət etmək; Qurğuların işindəki nasazlıqların aradan qaldırılmasında iştirak etmək; Qurğuların istismarı və onlara xidmət göstərilməsi üzrə texnoloji prosesə, təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə qaydalara briqada tərəfindən riayət olunmasına nəzarət etmək.
Ünvan: Yevlax şəhəri, Ağamalıoğlu küçəsi 2

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp