Böyük elektrik mexaniki – Sumqayıt şəhəri

Əmək şəraiti: Ofisxarici İş vaxtının norması 2 növbəli Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: Elektrik təsərrüfatı Minimum təhsil dərəcəsi Orta ixtisas təhsili Sahə üzrə iş təcrübəsi 2 il
Tələb olunan biliklər: Kontakt şəbəkə qurğularının texniki istismar qaydaları, xidməti ərazidə stansiyaların texniki sərəncam aktları, operativ heyətlə hər cür rabitə əlaqəsinin saxlanması vasitələrinə dair biliklər; Kontakt şəbəkəsinin və 10 kV-luq hava ötürücü xətlərinin qidalanma və seksiyaya ayrılma sxemləri, kontakt şəbəkəsinin saxlama, istismar və texniki təhlükəsizlik qaydalarına dair biliklər; Qatarların hərəkət təlimatı, siqnalizasiya və dəmir yolu texniki istismarının təlimatına dair biliklər; Kontakt şəbəkəsinin çətin və yüksək təhlükəli yerlərdə iş icrasının üsulları, kontakt şəbəkədə baş vermiş qəzaların aradan qaldırılması təlimatına dair biliklər; Kontakt şəbəkə rayonunun işçilərinin vəzifə və peşələrinin tarif dərəcə xüsusiyyətlərinə dair biliklər.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri –
Komputer bilikləri: – Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: İşləyən briqadaların işinə rəhbərlik etmək və yerinə yetirilən işlərin hesabatını aparmaq; Kontakt şəbəkəsinin və ötürücü elektrik xəttinin saxlanması və təmir işlərini planlaşdırmaq və həmin işlərə rəhbərlik etmək; Təhlükəsiz iş şəraitini təmin etmək; İşin icrası üçün növbə cədvəlinin tərtib edilməsini, qatarlara xəbərdarlıq edilməsini, elektrik montyorlarının təhlükəsizlik texnikası qaydalarına riayət etməsini, özü şəxsən işdə iştirak etməklə elektrik montyorlarına iş yerində rəhbərlik edilməsini təmin etmək; Təhlükəsizlik texnikası qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələrin araşdırılmasında iştirak etmək; Kontakt şəbəkəsinin saxlanması qaydalarına əsasən kontakt şəbəkəyə və elektrik ötürücü xətlərinə nəqliyyatla və piyada baxış keçirmək; Aşkar olunmuş nasazlıqları aradan qaldırmağı təşkil etmək; Gündəlik mühafizə və iş alətlərini yoxlamaq, lazım gəldikdə onların dəyişdirilməsini təmin etmək; Materialların, alətlərin yararsızlarını aşkar etmək və inventarların düzgün saxlanmasını və işlədilməsini təmin etmək; Kontakt şəbəkə rayonunun rəisi işdə olmadıqda, onu əvəz etmək.
Ünvan: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, H.Z.Tağıyev stansiyası

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp