Böyük elektrik mexaniki – Bakı şəhəri

Əmək şəraiti: Ofisxarici İş vaxtının norması 08:00-17:00 / 5 günlük iş həftəsi Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: Mexanika Elektrik təsərrüfatı Minimum təhsil dərəcəsi Bakalavriat Sahə üzrə iş təcrübəsi 2 il
Tələb olunan biliklər: Elektrotexnikanın əsas qanunları üzrə biliklər; Elektrik mühərriklərinin, transformatorların işləmə prinsipi və onların xarakteristikaları üzrə biliklər; Nəzarət-ölçü cihazlarının təyinatı və tətbiqi şərtləri üzrə biliklər; İzolə materiallarının təyinatı haqqında ümumi məlumatlar və onların dielektrik xassələri üzrə biliklər; Elektrotexnika maşınları və cihazlarının izoləedici elementlərinə qoyulan texniki tələblər və bu tələbləri təmin edən texnoloji proseslər üzrə biliklər; Elektrik qurğuları və avadanlıqlarının əsaslı, cari təmiri və montaj işləri.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri –
Komputer bilikləri: – Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Hər növ elektrik avadanlıqlarının düzgün istismarına nəzarət edilməsi; Kontakt şəbəkəsi və 6/10 kV-luq İMB qurğularının və digər elektrik xətlərinin fasiləsiz işləməsinin təmin edilməsi; Cari əsaslı təmir zamanı iş rəhbəri kimi nəzarətin edilməsi və ehtiyac olduqda işin icrasında iştirak edilməsi; Elektrik mexaniki və montyorlarının işinin təşkil edilməsi, tabeliyində olan işçilərin texniki təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edilməsi; Materialların saxlanılması, mühafizəsi və alətlərin istifadəsinə nəzarət edilməsi.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Böyük Şor lokomotiv deposu

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp